![]() | ![]() |
05 yanvar 2011
2005-2006-cı illərdə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almış YAYIMÇILARIN NƏZƏRİNƏ!
Milli Tеlеviziyа və Rаdiо Şurаsı haqqında |
|
![]() |
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə yaradılmışdır.Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. Şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimayyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Üzvlərdən üç nəfəri iki il, üç nəfəri dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır. Şuranın sədri şura üzvləri tərəfindən seçilir. |
| Xəbərlər | ![]() | ![]() |
22 dekabr 2011 |
|
22 dekabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.İclasda Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarının 22 dekabr 2011-ci il tarixdən etibarən analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. |
|
21 noyabr 2011 |
|
17 noyabr 2011-ci il tarixdə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının toplantısı keçirilmişdir.Toplantıda Türkiyə Cumhuriyyəti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Qırğızıstan Respublikası, Liviya, Azərbaycan Respublikası, Qatar, Bruney Sultanlığı, Tacikistan Respublikası və müşahidəçi ölkə olaraq Şimali Kipr Türk Cümhuriyyəti teleradio yayımı üzrə tənzimləyici qurumlarının nümayəndələri iştirak etmişdir. |
|
28 oktyabr 2011 |
|
28 oktyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.İclasda "Azad Azərbaycan Teleradio Kompaniyası"nın televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır. |
| Mətbuatdan | ![]() | ![]() |
07 oktyabr 2009
Azərbaycanın efir məkanı: problemlər və vəzifələr
XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
26 may 2009
MTRŞ ekstremal situasiyalarda jurnalistlərin fəaliyyəti ilə bağlı telekanallara tövsiyələr hazırlayacaq
Bu barədə MTRŞ-nın "Ekstremal situasiyalarda telekanalları rolu" mövzusunda bu gün keçirdiyi seminarda bildirilib.
29 aprel 2008
Milli Televiziya və Radio Şurası bu gündən etibarən "Lider", "Anten", Burç-FM və 106 FM radio kanalları ilə baglı monitorinqə başlayıb.
Monitorinqin bir həftə davam edəcəyi və bununla bağlı Şuranın gələn həftə keçiriləcək iclasında müzakirələrin aparılacağı gözlənilir.
17 aprel 2008
Milli Televiziya və Radio Şurası 15 aprel 2008-ci il tarixdən etibarən Azərbaycanın milli tezliyində yayımlanan 12 radio kanalının genişləndirilmiş monitorinqinə başlamışdır.
Monitorinqin keçirilməsində məqsəd radio kanallarının "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə, Şuranın qəbul etdiyi normativ aktlara, milli-mənəvi dəyərlərə hansı səviyyədə əməl etməsini öyrənməkdir.



