|
İlk növbədə EPRA təşkilatı Avropa Tənzimləyici Orqanları arasında əməkdaşlığın genişləndirilməsi tələbatını dəfələrlə irəli sürüb. 1995-ci ildə Maltada yaradılan zamandan EPRA forumu təyin etməyə çalışır:
-Teleradio yayımı sahəsində Tənzimləyici Orqanlar arasında qeyri rəsmi müzakirələr və fikir mübadiləsi; -Milli və Avropa Teleradio yayımının tənzimlənməsinin ümumi problemləri barədə məlumat mübadiləsi -Teleradio yayımının tənzimlənməsinin hüquqi problemlərinin praktiki həllinin müzakirəsi; -EPRA təşkilatı bu sahəyə aid olan müxtəlif mövzuların geniş müzakirəsi üçün açıq platforma təmin edir.
Hal-hazırda 42 Avropa ölkəsindən 51 Tənzimləyici Orqan EPRA təşkilatının üzvüdür. EPRA-nın sədri Dunja Mijatoviç tərəfindən imzalanan 24 oktyabr 2007-ci il tarixli rəsmi məktuba əsasən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası EPRA-ya 51-ci üzv qəbul olunub.
Avropa Komissiyası və Avropa Şurası Platformanın daimi müşahidəçiləridir.
Tənzimləyici Orqanların dəvəti ilə EPRA ildə iki dəfə (adətən biri yazda, digəri isə payızda) görüş keçirir.
|
|