17 oktyabr 2009
Bu rəy sorğuları MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində aparılan monitorinqlərə, bir növ, yardımçı xarakter təşkil edərək ona paralel şəkildə həyata keçiriləcəkdir.
Bu istiqamətdə ilk araşdırma son dövrlər xüsusilə aktuallıq kəsb etmiş efirdə milli-mənəvi dəyərlərin durumu ilə bağlı olmuşdur. Qeyd olunan problemlə bağlı cəmiyyətdə də kifayət qədər narahatlığın olduğu sirr deyil. Fəaliyyətlərində ictimai rəyi nəzərə almalı olan yayımçılar üçün bu istiqamətində aparılan araşdırmalar yayımın planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı rəy sorğusu 2009-cu ilin sentyabr ayında Bakı şəhərində 150 respondent arasında aparılmış, analiz və nəticələrin təhlili oktyabr ayında yekunlaşdırılmışdır. Sorğuda respondentlərin demoqrafik göstəricilərinə xüsusilə diqqət yetirilmişdir. MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı
S O R Ğ U A N K E T İ 1) Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərlə bağlı durum Sizi qane edirmi?
A) bəli _____________ 11% B) qismən __________ 48,7% C) xeyr _____________ 40,3% 2)Sizcə, efirdə milli-mənəvi dəyərlərlə bağlı, əsasən hansı hallar daha çox narahatlıq doğurur?
A) Neqativ əxlaqi-tərbiyəvi təsirlər ______________ 40,2% B) aparıcıların bayağı davranışları _______________ 57,8% C) başqa cavab (yazın) ________________________ 2% 3)Milli-mənəvi dəyərlərin pozulması hallarına, əsasən hansı tip verilişlərdə rast gəlirsiniz?
A) Şou verilişlərdə __________________ 51,3% B) xarici teleseriallarda ______________ 44,5% C) başqa cavab (yazın) ______________ 4,2% 4)Milli-mənəvi dəyərlərin pozulmasında əsas günahı kimdə görürsünüz?
A) telekanallarda __________________________ 60,5% B) verilişlərin aparıcılarında _________________ 16,5% C) cəmiyyətdə ___________________________ 20% Ç) başqa cavab (yazın) ____________________ 3 % 5)Efirdə milli-mənəvi dəyərlərin pozulmasının qarşısının alınması üçün nə təklif edərdiniz?
A) şou verilişlərin sayı azaldılsın ____________ 18,5% B) efirə nəzarət gücləndirilsin ______________ 79,8% C) başqa cavab (yazın) ____________________ 1,7% 6)Efirdə milli-mənəvi dəyərlərin pozulması halları ilə rastlaşarkən buna necə reaksiya verirsiniz?
A) MTRŞ-nın «qaynar xətt»inə (498-18-82) müraciət edirəm _________ 6,7% B) kanalı çevirirəm ______________________________________________ 91,6% C) başqa cavab (yazın) __________________________________________ 1,7% 7)Ailə-məişət münasibətlərinin formalaşmasında televiziyanın rolunu hiss edirsinizmi, əgər hiss edirsinizsə bu, müsbət istiqamətdədir, yoxsa mənfi?
A) müsbət ____________________ 27,6% B) mənfi ______________________ 71,4% C) başqa cavab (yazın)_________ 1% 8)Necə hesab edirsiniz, milli-mənəvi dəyərlərə mənfi təsir baxımından yerli televiziyaların rolu daha çoxdur, yoxsa xarici telekanalların?
A) yerli __________ 22,7% B) xarici _________ 26 % C) hər ikisi ______ 51,3% 9)Siz, 1) «televiziya cəmiyyətin aynasıdır», yoxsa 2)«televiziya cəmiyyətdə baş verən mənfi hallara yalnız maarifləndirmə prizmasından yanaşaraq müsbət mövqe sərgiləməlidir» fikrini bölüşürsüz?
A)1 _____________________ 55 % B)2 _____________________ 42 % C) başqa cavab (yazın) ______ 3 % D E M O Q R A F İ Y A Cinsiniz
1.kişi ________ 45,4% 2.qadın ______ 54,6%
Yaşınız:
1.18-24 _________ 16,8% 2.25-34 _________ 23,8% 3.35-44 _________ 18,2 % 4.45-54 _________ 26,1% 5.55-64 _________ 10,9% 6.65 və yuxarı ___ 4,2% Təhsiliniz:
1.Natamam orta ______________________ 0% 2.Orta _______________________________ 15,3% 3.Orta ixtisas ________________________ 8,3 % 4.Natamam ali _______________________ 9,2% 5.Ali _________________________________ 63% 6.Elmlər namizədi, elmlər doktoru ____ 4,2% Məşğulluğunuz: 1.Mütəxəssis (müəllim, həkim və s.) ____ 50,4% 2.Qulluqçu _______________________________ 5% 3.Fəhlə _________________________________ 4,2% 4.Sahibkar _______________________________ 6,7% 5.Hərbçi _________________________________ 0,8% 6.Təqaüdçü ______________________________ 3,4% 7.İşsiz ___________________________________ 11,7% 8.Evdar qadın ____________________________ 10,4% 9.Tələbə _______________________________ 7,4%
|