Axtarış
Axtar
Abunə
Tezliklər xəritəsi   

Linklər   

Milli Televiziya və Radio Şurası 15 aprel 2008-ci il tarixdən etibarən Azərbaycanın milli tezliyində yayımlanan 12 radio kanalının genişləndirilmiş monitorinqinə başlamışdır.

www.apa.az

17 aprel 2008

Milli Televiziya və Radio Şurası 15 aprel 2008-ci il tarixdən etibarən Azərbaycanın milli tezliyində yayımlanan 12 radio kanalının genişləndirilmiş monitorinqinə başlamışdır.

Monitorinqin keçirilməsində məqsəd radio kanallarının "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə, Şuranın qəbul etdiyi normativ aktlara, milli-mənəvi dəyərlərə hansı səviyyədə əməl etməsini öyrənməkdir. Monitorinq radio kanalları arasında növbəlilik əsasında aparılacaq. İlk həftə "Space", ANS ÇM, "Azad Azərbaycan" (106.3) radio kanallarının genişləndirilmiş monitorinqi aparılacaq və monitorinqin nəticələri Milli Televiziya və Radio Şurasının növbəti iclasında müzakirəyə çıxarılacaq.