Axtarış
Axtar
Abunə
Tezliklər xəritəsi   

Linklər   

Milli Televiziya və Radio Şurası bu gündən etibarən "Lider", "Anten", Burç-FM və 106 FM radio kanalları ilə baglı monitorinqə başlayıb.

www.apa.az

29 aprel 2008

Monitorinqin bir həftə davam edəcəyi və bununla bağlı Şuranın gələn həftə keçiriləcək iclasında müzakirələrin aparılacağı gözlənilir. Qeyd edək ki, MTRŞ Azərbaycan milli tezliyində yayımlanan radio kanallarının "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə, Şuranın qəbul etdiyi normativ hüquqi aktlara, milli-mənəvi dəyərlərə hansı səviyyədə əməl etməsini öyrənmək məqsədi ilə monitorinqlərin keçirilməsi barədə qərar qəbul edib. "Space", ANS ÇM, "Azad Azərbaycan" (106.3) radio kanalları ilə bağlı keçirilən monitorinqin nəticələri ötən həftə müzakirə edilmişdir.