Şura sədri

  • Səttarov İsmət Rəcəb oğlu

     

    İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

    O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirmiş, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

    2000 - 2004-cü illərdə bank sektorunda çalışmış, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərmişdir.

    2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra etmiş, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olmuşdur. 19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olmuş, “ARB24” MMC-nin direktoru vəzifəsini icra etmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il Sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

    Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında Şuranın sədri seçilmişdir.

    Evlidir, bir övladı var.

     

    Əlaqə telefonu: +994-12  598-50-42  (köməkçi)

                                 +994-12  498-76-68  (qəbul otağı)

Yuxarı ^