EPRA
-
Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması (European Platform of Regulatory Authorities – EPRA)
EPRA
1995-ci ilin aprelində Maltada təsis olunan Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması (European Platform of Regulatory Authorities – EPRA) aşağıdakı məqsədləri güdən qeyri-formal bir forumdur:
- Yayım sahəsində Tənzimləyici Orqanlar arasında fikir mübadiləsi və müzakirələr;
- Milli və Avropa yayım tənzimləmə qanunvericiliyinin ümumi məsələləri barədə informasiya mübadiləsi;
- Yayım qanunvericiliyinin təfsir və tətbiqində olan hüquqi problemlərin praktiki həllinin müzakirəsi.
EPRA – yayımçıların müvafiq mövzular üzrə geniş müzakirələr aparmaq üçün açıq bir şəbəkədir.
Hal-hazırda Avropanın 52 yayım tənzimləmə orqanı EPRA-nın üzvüdür. Avropa Komissiyası, Avropa Şurası, Avropa Audiovizual Rəsədxanası, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyini bu şəbəkənin daimi müşahidəçiləridir.
EPRA Konfransı ildə iki dəfə (adətən yazda və payızda) hər dəfə bir yayım tənzmiləyici qurumun dəvəti ilə toplanır.
EPRA-nın Katibliyi Fransanın Strasburq şəhərində Avropa Audiovizual Rəsədxanasının binasında yerləşir.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 2007-ci ildən etibarən EPRA-nın üzvüdür.