-
Müsabiqədə iştirak etmək və yayım üzrə lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı
- Müsabiqədə iştirak etmək və yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;
- Teleradio yayımı kanalının fərqləndirici nişanları (telestudiyanın emblemi, radionun çağırış siqnalları və s.);
- Teleradio yayımçısının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsis sənədlərinin (nizamnamə, qeydiyyat şəhadətnaməsi, dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq olunmuş surətləri;
- Yayımın proqram konsepsiyası;
- Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
- Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
- Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
- İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
- Teleradio yayımçısının istifadə etdiyi ötürücü qurğunun texniki tələbləri;
- Teleradio yayımçısının təsisçisinin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, onun əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı və anket məlumatları;
- Teleradio yayımçısının direktorunun vəzifəyə təyin olunmasını təsdiq edən sənəd, onun şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı və anket məlumatları;
- Retranslyasiya olunan kanalların müəlliflik hüququna dair müqavilələrin surəti (kabel şəbəkəsi və IPTV yayımçıları üçün);
- Abunəçilərin sayı və aylıq abunə haqqı barədə Bəyannamə (kabel, IPTV və kodlaşdırılmış qurğularla peyk vasitəsilə xarici kanalların retranslyasiyasını həyata keçirən yayımçılar üçün);
- Müsabiqədə iştirak etmək üçün müvafiq dövlət orqanının müəyyən etdiyi birdəfəlik ödəniş (yerüstü rəqəmli televiziya və analoq radio yayımçıları üçün).
Qeyd:
- Bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.
- Bütün sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.
- Sənədlər 9 nüsxədə təqdim olunmalıdır.
- Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmır.