• Xəlilov Aslan Xası oğlu

    1962-ci ildə Şamaxı rayonunda anadan olmuşdur.

    1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1985-1988-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Lenin təqaüdçüsü olmuşdur. 

    1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında əvvəlcə müəllim, baş müəllim, sonra isə dosent vəzifəsində çalışmışdır.

    1996-cı ildə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq "1918-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı namizədlik dissertasiyasını müdafiə etmiş, tarix elmləri namizədi elmi adını almışdır. 1 monoqrafiya və 60-a yaxın elmi-publisistik məqalənin müəllifidir.  

    2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

    2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 

    2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 

    2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 

    Evlidir, iki övladı var.

     

    İş telefonu:  (+99412) 493-53-17

Yuxarı ^