-
"N.U. Məhərrəmovun Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2009-cu il tarixli Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nuşirəvan Umud oğlu Məhərrəmov 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 23 yanvar 2009-cu il
№ 121