-
"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 14 aprel 2009-cu il tarixli Qərar
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Namiq Məsim oğlu Məmmədov
- namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;
Fuad Rauf oğlu Muradov
- namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
Zərifə Teymur qızı Salahova
- namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 14 aprel 2009-cu il
№ 788-IIIQR