-
"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" 15 mart 2005-ci il tarixli Qərar
«İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 17.2—17.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər: [1]
Aqil İsaq oğlu Dadaşov — namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;
Vaqif Məhərrəm oğlu Abbasov — namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;
Cahangir Əbdüləli oğlu Məmmədli — namizədliyi Mətbuat Şurası tərfindən irəli sürülmüşdür;
Namiq Məsim oğlu Məmmədov — namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;
Fuad Rauf oğlu Muradov — namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
Zərifə Teymur qızı Salahova — namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.
2. Aşağıdakı şəxslər 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Natiq Əhməd oğlu Şirinzadə — namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;
3. Aşağıdakı şəxslər 2 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Ağacan Qulam oğlu Əbiyev — namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Salman Musa oğlu Musayev — namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Altay Qulam oğlu Zahidov — namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
M.ƏLƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 15 mart 2005-ci il
№ 866-IIQR
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 14 aprel 2009-cu il tarixli 788-IIIQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (“Azərbaycan” qəzeti 15 aprel 2009-cu il, № 79, Azərbaycan Respublikası Milli Məclisin Məlumatı 2 fevral-14 aprel 2009-cu il, №1)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
14 aprel 2009-cu il tarixli 788-IIIQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (“Azərbaycan” qəzeti 15 aprel 2009-cu il, № 79) ilə Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər.
Namiq Məsim oğlu Məmmədov
- namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;
Fuad Rauf oğlu Muradov
- namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
Zərifə Teymur qızı Salahova
- namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.