-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 18 noyabr 2016-cı il tarixli 11 saylı Qərarı
Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurası
Qərar 11
Bakı şəhəri 18 noyabr 2016-cı il
Qərar 11:
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 21-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndini rəhbər tutaraq QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 senatyabr 2016-cı il tarixli 10 saylı qərarında aşağıdakı dəyişiklik edilsin:
a) Qərarın 1-ci bəndində “01 dekabr 2016-cı il tarixdən” sözlərərindən sonra “mərhələli qaydada” sözləri əlavə edilsin.
b) Qərara aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:
1-1. Respublikanın digər bölgələrində yerüstü yayımlanan analoq TV proqramlarının yayımı aşağıdakı qaydada dayandırılsın:
Mərhələ
№
Analoq TV vericilərin yerləşdiyi
şəhər və ya rayon
Analoq TV vericilərin dayandırılma vaxtı
I
mərhələ
1
2
3
4
5
6
7
8
Şamaxı
Qobustan
Siyəzən
Şabran
Xızı
Quba
Qusar
Xaçmaz
01.12.2016
II
mərhələ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
Ağsu
İsmayıllı
Kürdəmir
Zərdab
Saatlı
Sabirabad
Ağcabədi
Ağdam
Ucar
Gəncə
Samux
Daşkəsən
Gədəbəy
Göygöl
Şəmkir
Ağstafa
Qazax
Tovuz
Tərtər
Naftalan
Bərdə
Goranboy
Mingəçevir
Yevlax
Ağdaş
Göyçay
Qəbələ
Oğuz
Şəki
Zaqatala
Balakən
Qax
10.12.2016
III
mərhələ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
Şirvan
Salyan
Neftçala
Haciqabul
İmişli
Beyləqan
Füzuli
Cəlilabad
Biləsuvar
Lənkəran
Masallı
Yardımlı
Lerik
Astara
20.12.2016