• Milli Televiziya və Radio Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun Seçki Bölməsinin nümayəndələri ilə görüş keçirilmişdir.

    21 fevral 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Departamentinin rəhbəri Alexander Shlyk, baş seçki mütəxəssisi Ana Rusu, seçki mütəxəssisi Radivoje Grujic və ATƏT Parlament Assambleyasının Seçkiləri Müşahidə Administrasiyasının rəhbəri İryna Sabashuku qəbul etmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırmışdır.

    Görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kompaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilmişdir. 

    Görüşdə həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırmışdır.

Yuxarı ^