-
“Caspian telecom” MMC (Ailə TV)
“Caspian telecom MMC (Ailə TV)
«Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə yaradılmışdır. «Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 06 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.
Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə «Sky Max» MMC-yə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Milli Televiziya və Radio Şurasının 04 noyabr 2013-cü il tarixli qərarı ilə «Sky Max» MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.
20 noyabr 2014-cü il tarixdən"Caspian telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti «Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmuşdur.
Milli Televiziya və Radio Şurasının 15 yanvar 2015-cü il tarixli qərarı ilə «Sky Max» MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi "Caspian telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.
Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küç. 251A. AZ1010
Telefon: (012)920, (012) 490 23 33
Faks: 496 82 03
E-poçt: info@aile.tv