• 06 mart 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasında televiziya və prodakşn rəhbərlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir.

    Tədbirdə Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti - seriallardakı qeyri-peşəkar aktyorların iştirakı, ssenari mövzusu, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, bayağı, qeyri-etik ifadələrin işlədilməsi və s. məsələlər geniş müzakirə edilmişdır. Görüşdə həmçinin seriallarla bağlı aparılmış monitorinqlərin nəticələri açıqlanmış, onların təhlili diqqətə çatdırılmışdır.

Yuxarı ^