• Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.

      Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə  görüşüb. Görüşdə Televiziya kanallarında  Qarabağ müharibəsi veterenlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkil edilməsi, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filimlərin göstərilməsi,  Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib.

Yuxarı ^