-
«İctimai Radio»
«İctimai Radio»
“İctimai radio”nun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilir. “İctimai radio” 90 FM dalğasında yayımlanır. İlk dəfə 2006-cı il yanvarın 10-da yayıma başlamışdır.
İctimai radioda 4 departament fəaliyyət göstərir:
1. Xəbərlər və analitik proqramlar departamenti;
2. Elm-təhsil, Gənclik və idman departamenti;
3. Musiqi və əyləncəli verilişlər departamenti;
4. Ədəbiyyat və İncəsənət departamenti.
Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə radio yayımı üçün müddətsiz xüsusi razılıq (lisenziya) verilmişdir.
Ünvan: Bakı şəhəri,
Yasamal rayonu, Şərifzadə 241.
İnternet ünvanı: http://www.radio.itv.az