• Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar jurnalist”

    • Əzimova Mətanət Əlirasim qızı
    • Hüseynov Murad Məhəmməd oğlu
    • Xəlilov Vüqar Nəriman oğlu
    • İsgəndərov Sahil Məmməd oğlu
    • İsmayılov Rasim Mustafa oğlu
    • Qafarova Aynurə Vəli qızı
    • Məhərrəmova Afət Telman qızı
    • Məmmədli Mahir Rafət oğlu
    • Məmmədova Gözəl Dağbəyi qızı.

    “Əməkdar mədəniyyət işçisi”

    • Babayev Faiq Həsənağa oğlu
    • Əsgərov Mahəddin İsax oğlu
    • Fərəcov Ənvər Çingiz oğlu
    • Hacıyev Ramin Zahid oğlu
    • Həsən-zadə Rövnəq İmran oğlu
    • Şahbazov Hikmət Məmmədağa oğlu
    • Vəliyev Vüqar Tariyel oğlu.

    “Əməkdar incəsənət xadimi”

    • Axundov Vasif Hafis oğlu.

    “Əməkdar artist”

    • Cəfərov Səbuhi Aslan oğlu.

    “Əməkdar mühəndis”

    • Ağalarov Faiq Seyidağa oğlu
    • Seyidov Nofəl Rəsul oğlu.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 noyabr 2019-cu il.

Yuxarı ^