-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 fevral 2019-cu il tarixli 02/2 saylı qərarı
Bakı şəhəri
05 fevral 2019-cu il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:
1. Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT1-in yayımı üç paketdə aparılsın.
2. 37-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
1) AzTV HD. 2) Mədəniyyət TV HD. 3) İdman Azərbaycan HD.
3. 48-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
1) AzTV. 2) Mədəniyyət TV. 3) İdman Azərbaycan TV.
4) İTV. 5) Lider TV 6) Space TV
7) ATV 8) Xəzər TV 9) ARB TV
10) ARB-24 11) TRT 1
4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
1) İTV Full HD 2) CBC Sport HD
5. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 30 yanvar 2018-ci il tarixli 02/3 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr