-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli 03/1 saylı qərarı
Bakı şəhəri
28 fevral 2019-cu il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsini rəhbər tutaraq QƏRARA ALIR:
1. İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48, HD yayım üçün 37-ci tezlik resursuna) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilsin.
2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində elan yerləşdirilsin.
Nuşirəvan Məhərrəmov
Sədr