-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli 03/2 saylı qərarı
Bakı şəhəri
28 fevral 2019-cu il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 30-cu, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 19.18 və 22.1-ci maddələrini, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.7 və 5.8-ci bəndlərini, “Dövlət rüsumu haqqında” 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.8-ci və 23.3-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq QƏRARA ALIR:
1. “MEDİAART” Şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı və əlavə informasiya yayımı üçün müddətsiz lisenziya verilsin.
2. “MEDİAART” Şirkəti abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı və əlavə informasiya yayımı üçün 1500 (min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsini təmin etsin.
Nuşirəvan Məhərrəmov
Sədr