-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 iyun 2019-cu il tarixli 06/4 saylı qərarı
Bakı şəhəri
28 iyun 2019-cu il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:
1. Bakı teleqülləsindən Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT 1-in yayımı SD, HD və Full HD formatlarında ayrıca və ya paket formasında aparılsın.
2. 29-cu TV yayım kanalında “Xəzər” televiziyasının HD formatında yayımı həyata keçirilsin.
3. 31-ci TV yayım kanalında “ARB 24” televizyasının Full HD formatında yayımı “ATV+” kabel şəbəkəsi yayımçısına məxsus TV proqramlarının yayımı ilə birlikdə həyata keçirilsin.
4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla DVB-T2 standartı üzrə həyata keçirilsin:
1. İTV Full HD 2. CBC Sport HD
5. 37-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:
1. AzTV HD. 2. Mədəniyyət TV HD. 3. İdman Azərbaycan HD. 4. Real TV HD.
6. 48-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla SD formatında həyata keçirilsin:
1. AzTV. 2. Mədəniyyət TV 3. İdman Azərbaycan TV.
4. İTV. 5. Lider TV 6. Space TV
7. ATV 8. Xəzər TV 9. ARB TV
10. Real TV 11.TRT 1
7. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 05 fevral 2019-cu il tarixli 2/2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr