-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli 07/2 saylı qərarı
Bakı şəhəri
05 noyabr 2019-cu il
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 30-cu maddəsini rəhbər tutaraq QƏRARA ALIR:
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kabel operatorları (internet, efir-kabel, peyk) tərəfindən öz şəbəkələrində Azərbaycan telekanallarının yayımının həyata keçirilməsi təmin edilsin.
Nuşirəvan Məhərrəmov
Sədr