• Ümumrespublika radio kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə başa çatmışdır.

    Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatmışdır. Müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir. Sənədlərin qəbul olunması ardıcıllığı ilə həmin iddiaçıların adlarını təqdim edirik:

    1. “Real Təhlil və İnformasiya Mərkəzi” MMC (Real FM) - sənədlərini Şuraya 15 noyabr 2019-cu il tarixdə təqdim etmişdir. Cəmiyyətin təsisçisi Quliyev İman Nəsirulla oğlu, direktoru Ağayev Mirşahin Mirdilavər oğludur.
    2. “TV Media Azerbaijan” MMCsənədlərini Şuraya 21 noyabr 2019-cu il tarixdə təqdim etmişdir. Cəmiyyətin təsisçisi Quliyev Əli Məmiş oğludur.
    3. “Balans Studiyası” MMC (ANS ÇM)sənədlərini Şuraya 02 dekabr 2019-cu il tarixdə təqdim etmişdir. Cəmiyyətin təsisçisi Mustafayev Vahid Fuad oğlu, icraçı direktoru Həsənova Sevda Qaçay qızıdır. 
    4. “İNS ÇM” MMC (İNS ÇM)sənədlərini Şuraya 02 dekabr 2019-cu il tarixdə təqdim etmişdir. Cəmiyyətin təsisçisi Mustafayev Seyfulla Fuadoviç, icraçı direktoru Mustafayeva Çinarə Seyfulla qızıdır.
    5. “OMD Azerbaijan” MMCsənədlərini Şuraya 10 dekabr 2019-cu il tarixdə təqdim etmişdir. Cəmiyyətin təsisçisi Abdullayev Həsən Nəcəfqulu oğludur.

    “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Yuxarı ^