• Milli Televiziya və Radio Şurasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

     

    20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş iclasda Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

    İclasda çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov bildirmişdir ki, 20 yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini bir daha sübut etdi. MTRŞ sədri bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulamışdır.

    Daha sonra Şura üzvləri və Şura aparatının bir sıra əməkdaşları çıxış etmiş, Qanlı Yanvar gününü həm xalqımızın faciəsi, həm də Azərbaycanın şanlı qəhrəmanlıq səhifəsi kimi təsvir etmişlər.

    İclasın sonunda həmin gün baş verən hadisələrlə bağlı Şura əməkdaşlarının hazırladıqları slayd film nümayiş olunmuşdur.

Yuxarı ^