• Milli Televiziya və Radio Şurası koronavirusa görə vətəndaşların qəbulunu dayandırır

     

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin, Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il aprelin 29-dək dayandırılır.

    Bu dövr ərzində müraciətlər Şuranın rəsmi elektron poçtu (office@ntrc.gov.az) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaqdır.

Yuxarı ^