-
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 20 may 2020-ci il tarixli 8/2 saylı qərarı
Bakı şəhəri
20 may 2020-ci il
Qərar 8/2:
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:
Danaçı (Zaqatala rayonu) Radio-televiziya yayım stansiyasından kodlanmış yerüstü rəqəmli TV yayımının həyata keçirilməsi üçün 24, 37 və 39-cu TV yayım radiokanalları ayrılsın.
İsmət Səttarov
Sədr