"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır.

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim etmişdir.

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə namizədlərin sənədləri "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına təqdim edilmişdir. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə seçki 1 iyun 2018-ci il tarixdə saat 12:00-da "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurası tərəfindən Milli Televiziya və Radio Şurasının konfrans zalında (ünvan: Nizami 145) keçiriləcəkdir. 

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı

Hal-hazırda olan iş yeri

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional FH şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

"7news.az" saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, Aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

"Elit" informasiya agentliyi, baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hal-hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

"İctimai Televiziya və Radio Yayımları Şirkəti", baş direktorun müavini