Milli Televiziya və Radio Şurası bir sıra operatorlara İPTV lisenziyası verilməsi barədə qərar qəbul etmişdir.

16 may 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

İclasda "Farrux Teleradio" MMC-nin və "Shakh Telecom" MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılmış və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IPTV) üçün müddətsiz lisenziya verilmişdir.