Milli Televiziya və Radio Şurasının növbəti iclasında bir sıra İPTV operatorlara lisenziya verilmişdir.

20 oktyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılmışdır.

İclasda "Muz  TV Azərbaycan" MMC-yə  peyk yayımı üçün, "Aztelekom”  MMC-yə, "Bakı Telefon Rabitəsi" MMC-yə, "CLİP TV"  MMC-yə, "MetroNet" MMC-yə, "AzFiberNet" MMC-yə, "Rahat Telecom" MMC-yə, "FARAON – 1" MMC-yə, "Qafqaznet" MMC-yə, "Teleport" MMC-yə, "Netpoint" MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilmişdir.