Milli Televiziya və Radio Şurasının növbəti iclasında bir sıra İPTV operatorlara lisenziya verilmişdir.

3 dekabr 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılmışdır.

Milli Televiziya və Radio Şurası tərəfindən "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.