Milli Televiziya və Radio Şurasında "Xəzər TV"-nin Bədii Şurasının üzvləri ilə görüş keçirilmişdir.

18 aprel 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasında "Xəzər" televiziya kanalında dil və nitq qabiliyyətinin qorunması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilmişdir.

Bədii Şuranın üzvləri tərəfindən "Xəzər" televiziya kanalında dil və nitq qabiliyyətinin qorunması üçün görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülmüşdür.