MTRŞ-nın nümayəndə heyəti BRAF-ın Kiyev şəhərində təşkil olunan 4-cü İllik Toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2013-cü il 5-6 sentyabr tarixlərində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Qara Dəniz ölkələrinin Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 4-cü İllik iclasında iştirak etmişlər. İclasda "Azyaşlıların Müdafiəsi" üzrə Kiyev Birgə Bəyannaməsi müzakirə edilərək qəbul edilmiş, həmçinin "Yeni media və tənzimləyici orqanların rolu" mövzusunda müzakirələr aparılmışdır.