"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır.

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişdir.

"İctimai televiziya və radio yayımı haqqında"  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Baş direktoru vəzifəsinə namizədlərin sənədləri "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına təqdim edilmişdir.