Şura üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilmişdir.

02 aprel 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin radio yayımı üçün, "Caspian İnternational Broadcasting Company" MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılmışdır.  

Milli Televiziya və Radio Şurası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.

İclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq "Caspian İnternational Broadcasting Company" MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.

Həmçinin, iclasda Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilmişdir.