Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

28 dekabr 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "AN-MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilmişdir.