Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

11 iyul 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "RTV" Televiziyasının (Xaçmaz) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345 - IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "RTV" Televiziyasının (Xaçmaz) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə qərar qəbul etmişdir.