Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

06 aprel 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV" MMC-yə hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500000 (beş yüz min) manat məbləğində maliyyə vəsaitinin (qrant) ayrılması barədə qərar qəbul olunmuşdur.