MTRŞ-da Lider, Azad Azərbaycan və 106FM radiolarının, Türkel TV-nin müraciətlərinə baxılmışdır.

30 sentyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, "Azad Azərbaycan" Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, "Azad Azərbaycan" Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.