Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

15 sentyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Antenn" Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, "Dünya" Müstəqil Televiziya Şirkətinin və "Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Antenn" Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, "Dünya" Müstəqil Televiziya Şirkətinin və "Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.

Həmçinin  "SKY" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün Milli Televiziya və Radio Şurasına müraciət edilmədiyindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərinə uyğun olaraq "SKY" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul edilmişdir.