Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

22 avqust 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "AG Telekom" MMC-nin kabel şəbəkəsi yayımı üçün və "Faraon-1" MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "AG Telekom" MMC-nin kabel şəbəkəsi yayımı üçün və "Faraon-1" MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.