ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və MTRŞ sədri Nuşirəvan Məhərrəmov arasında görüş keçirilmişdir.

12 may 2011-ci il tarixdə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov arasında görüş keçirilmişdir. 

Görüş zamanı Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr, bununla bağlı qanunvericilkdə dəyişikliklərin edilməsi üçün birgə müzakirələrin aparılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin internet televiziyası barədə müzakirələr aparılmış, Şura sədri internet televiziyasının tənzimlənməsi ilə bağlı hər hansı işlərin aparılmadığını qonağın diqqətinə çatdırmış, qonaq isə bununla bağlı müzakirələrin aparılmasının vacib olduğunu bildirmişdir. Görüş zamanı Şura sədri qonağı maraqlandıran sualları cavablandırmışdır.