Şura sədri Nuşirəvan Məhərrəmov ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndələri ilə görüşmüşdür.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov 18 oktyabr 2010-cu ildə Milli Televiziya və Radio Şurasında ATƏT-in seçkiləri müşahidə missiyasının başçısı, səfir Odri Qlover və missiyanın media üzrə təhlilçisi Rasto Kujel ilə görüş keçirmişdir.

Görüşdə seçkiqabağı təbliğat-təşviqat kompaniyasının teleradio yayımçıları tərəfindən yayımlanmasına dair məsələlər müzakirə olunmuşdur. Görüşdə Şura tərəfindən seçkiqabağı təbliğat-təşviqat kompaniyası zamanı monitorinqlərin aparılması, seçkiqabağı təbliğat-təşviqat zamanı Milli Televiziya və Radio Şurasının rolu barədə müzakirələr aparılmışdır. Şura sədri Milli Televiziya və Radio Şurasının "Televiziya və radio yayımı haqqında qanun"a uyğun olaraq teleradio yayımçılarının yalnız ümumi monitorinqini həyata keçirdiyini bildirmiş, seçki prosesində bu işin mövcud qanunvericiliyə görə MSK-da yaradılmış mətbuat qrupu tərəfindən həyata keçirildiyi barədə məlumat vermişdir. Şura sədri qonaqları maraqlandıran digər suallara cavablandırmışdır.