Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

28 aprel 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda teleradio məkanında mövcud vəziyyət və yayımçıların monitorinqlərinin nəticələri müzakirə edilmişdir. Şuranın yekun qərarına əsasən 18 aprel 2010-cu il tarixdə yayımlanan "Ağlasığmaz həqiqətlər" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilmişdir.