Şura sədri Nuşirəvan Məhərrəmov AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

11 fevral 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Şura sədri Nuşirəvan Məhərrəmov son dövrlərdə Azərbaycan Respublikasında Milli Televiziya və Radio Şurası tərəfindən televiziya və radio yayımı sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaranmış teleradio yayımçılarının fəaliyyəti və parlament seçkisi ərəfəsində teleradio yayımında seçkiqabağı təbliğatın və təşviqatın aparılması qaydaları ilə bağlı ətraflı məlumat vermişdir. Həmçinin görüşdə Şura sədri qonaqları maraqlandıran sualları cavablandırmış, televiziya və radio yayımı ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.