"Azərbaycanda internet medianın tənzimlənməsi" mövzusunda konfrans keçiriləcək.

Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 04 iyun 2009-cu ildə "Excelsior" mehmanxanasının "Afurca" zalında "Azərbaycanda internet medianın tənzimlənməsi" mövzusunda konfrans keçirəcək. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, internet və ənənəvi medianın əməkdaşları, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və Avropa Şurasının ekspertləri iştirak edəcəklər.