Şura sədri Nuşirəvan Məhərrəmov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və xanım Yevgeniya Jivkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. 

Şura sədri son dövrlərdə Azərbaycan Respublikasında Milli Televiziya və Radio Şurası tərəfindən televiziya və radio yayımı sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Həmçinin görüşdə Şura sədri qonaqları maraqlandıran sualları cavablandırmış, televiziya və radio yayımı ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.