Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

12 fevral 2009-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin icra vəziyyəti müzakirə edilmişdir.

Müzakirələrin nəticələrinə uyğun olaraq "Azad Azərbaycan" Teleradio Şirkəti "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü maddəsinə uyğun olaraq 300 manat, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.8-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü maddəsinə uyğun olaraq 300 manat, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.12-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü maddəsinə uyğun olaraq 300 manat, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.6-cı maddəsinin və "Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar"ın 3-cü bəndinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.4-cü maddəsinə uyğun olaraq 300 manat,  ümumilikdə isə 1200 manat məbləğində cərimə edilmişdir.