105.7 MHs tezliyinə elan edilmiş müsabiqə başa çatmışdır

Milli Televiziya və Radio Şurasının 03 sentyabr 2008-ci il tarixli iclasının qərarı ilə radio yayım fəaliyyəti ilə əlaqədar 105.7 MHs tezliyinə 08 sentyabr 2008-ci il tarixdən 08 oktyabr 2008-ci il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır.

Müsabiqədə iştirak etmək üçün 4 iddiaçı – “Digital Media” MMC (Media FM), “Mediamaster” MMC (Kapital FM), “Tandem” MMC (Tam FM), “SN” MMC (Paytaxt FM) sənədləri Şuraya təqdim etmişdir. Şura tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin və “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları”nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcəkdir.